Zaqatala Agro Industry MMC 15 İyul 2021-ci il tarixində istifadəyə verilmişdir.
Xəbər və mövzu səhifəsinə keçid edərək daha çox məlumat əldə edin
Yüksək keyfiyyətlə tütün istehsalını ildən ilə artırırıq
Məhsulumuzu dünyanın istənilən nöqtəsinə çatdırılması
Ümumi məlumat: Tütün bitkisi badımcan çiçəklilər fasiləsinə mənsib olub, 70-ə yaxın botaniki forması vardır. Bunlardan ancaq Nicotiana tabacum və Nicotiana rustica sənaye əhəmiyyətlidir. Nicotiana tabacum növünün tərkibində K2O3, N2O2, Co2O, F2O3, R2O5, SiO2, fenollar, üzvü turşular, qətran, efir yağları, kül, şəkərlər və nikotin vardır.
Əkinə qulluq: Azərbaycan Respublikasının torpaq-iqlim şəraitinə uyğun olaraq hektara təsiredici maddə hesabı ilə mineral gübrələr – azot 45-90 kq, fosfor 120-140 kq, kalium 100 kq normasında verilir. Fosfor və kalium gübrəsinin bütün norması 1 dəfəyə şum altına, azot gübrəsi isə vegetasiya dövründə hissə-hissə 2 dəfəyə verilir. Virciniya tipli sortlardan yığılmış məhsul topa halında quruducu kameralarda, yerli sortlar isə günəş altında qurudulur. Çiçək qrupları əl ilə vurulur.
Azərbaycanda Əkinçilik ET İnstitutu tərəfindən yaradılmış Zaqatala 67 (1987), Zaqatala iriyarpaqlısı (1995), Zaqatala 1 (2002), Trapezond 1 (2007) sortları, həmçinin respublikaya introduksiya olunmuş Virciniya 79, Burley, Trapezond 15, Samsun 138, Trabzon 2 və İtiyarpaq kimi tütün sortları becərilir.
Tütün bitkisinin vеgеtаsiyаsı iki əsаs dövrə аyrılır: şitil və sаhədə becərmə dövrü. Tütün şitillik dövründə tохumun cücərməsi, cücərtilərin аlınmаsı, iki yаrpаq əmələ gəlməsi, хаçlаmа, qulаqsız, şitilin fоrmаlаşmаsı və s., açıq sаhədə isə kök bаğlаmа, gövdələşmə, gönçələmə, çiçəkləmə, yаrpаqlаrın və tохumlаrın yеtişməsi fаzаlarını kеçirir. Şitillik dövrü 35-45 gün davam edir.
Azərbaycan Respublikası Zaqatala Rayon Yuxarı Tala
zaqatalaagro62@gmail.com
+994 55 576 44 45