Yaşıl tütün sahədən səhər şehli şehli yığılıb məntəqəyə çatdırılır.
Səhər şirkətimizə gətirilən yaşıl tütünü qəbul edənlər rənginə,yetişkənliyinə, növünə görə ayırır.
Yığım mümkün qədər eyni sahədən yığılıb, eyni rəngdə bir qurutma kamerasına yüklənir.
I, II, III -cü növlərə görə faiz dərəcələri verilir və hər növ qiymətləndirilir.Yaşıl tütünün 1 kloqramı I-ci növ 0.35, qəpik II-ci növ 29 qəpik, III-cü növ 22 qəpik təşkil edir.
Qəbulçular məntəqəyə gələn yaş tütünü tərəzidə çəkildikdən sonra tütünlərin içərisindən tütünün kütləsinə görə, minimum 3-5 nümunə götürüb onu yetişmə fazalarına görə növlərə ayırır və faizini hesablayır.Sonra fermerin iştirakı ilə gələn tütünün keyfiyyət faizi qiymətləndirilir.
Qəbulçular fermerə gələn yığımlara lazım olan tövsüyyə və məsləhətlərini verir.