img
Free HTML5 by FreeHTMl5.co İyun 23 2024

Yaponyalı İş Adamlarının Zaqatala Agro Industry MMC-yə Səfəri:
23 iyun 2024-cü il tarixində Zaqatala Agro Industry MMC Yaponyadan iş adamlarını qonaq qəbul etdi. Qonaqlar zavodun fəaliyyəti ilə tanış oldular və tütün sahələrinə baxış keçirdilər. Səfər zamanı, Yapon iş adamları zavodun yüksək texnologiyalı avadanlıqları və keyfiyyətə nəzarət sistemləri ilə maraqlandılar. Tütün sahələrinə etdikləri ziyarət zamanı, yerli fermerlərin və zavod əməkdaşlarının əməksevərliyi və peşəkarlığına yüksək qiymət verdilər.Sonra qonaqlar Şəki şəhərində yerləşən Sheki Tobacco şirkətinə səfər etdilər. Burada onlar, tütün məhsullarının istehsal proseslərini və Sheki Tobacco-nun innovativ yanaşmalarını yaxından gördülər. Bu səfər, iki ölkə arasında kənd təsərrüfatı və tütün sənayesi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün vacib bir addım oldu.