img
Free HTML5 by FreeHTMl5.co Sentyabr 11 2023

Yapon İnvestorları

Yaponyadan gələn investorların şirkətimizlə tanışlığı və əlaqələrin gücləndirilməsi, tütün məhsulları haqqında məlumatların təqdim olunması üçün Zaqatala Agro Industry MMC-də tədbir təşkil olunmuşdur.

Yaponiyalı investorların sərmayəsi ilə 2021-ci ildən binövrəsi qoyulmuş müəssisəmizdə növbəti dəfə Yaponiyadan böyük heyyətlə gələn qonaqların qarşılanması mərasimi təşkil olundu.
Qonaqlar müəssisəmizin iş fəaliyyəti ilə tanış oldular.Tütünün kameralara vurulması, qurudulması, çeşidlənməsi və anbarlara yığılması prosesinin canlı şahidi oldular.
Bundan sonra qonaqlar çay süfrəsinə dəvət olundu.Milli musiqilərimiz ifa olundu.İşçi heyətlə birgə rəqs elədilər, xatirə şəkili çəkdirdilər və xoş təəssüratlarla ayrıldılar.