Cərgə aralarının becərilməsi:
Cərgə ilə əkilmiş tütün şitilinin aralarını becərmək və torpağın daraqlanması üçün “Spapperi SM”, “Spapperi SC” və “Spapperi ST” markalı cərgə arası becərən kultivatorlardan istifadə olunur. Tütün şitili əkildikdən və ya toxum səpildikdən sonra cərgəarası məsafə 90-120 sm olan sahələrdə becərmə işləri aparılır.
Əkin üçün lazımi tədbirlər
Belə kultivatorlar çoxfunksiyalı aqreqatlar olmaqla sahədən alaqların təmizlənməsi, daraqlama, gübrə və pestisidlərin verilməsi, lazımi torpaq drenajı üçün cərgələr arasında torpağın yumşaldılması işlərində geniş istifadə olunur.
Suvarma:
Sahələrin suvarılmasından qabaq şırımlar və arxlar açılmalıdır. Bu işlər cərgəarası kultivasiya zamanı
kultivatorun işçi orqanlarının açdığı şırımla yerinə yetirilir. Tütünün suvarılmasında “CAN K.A” , “Linear 2RM1”, “RTAMKAR-M600” markalı suvarma sistemlərindən istifadə olunur.
Tütün sahələrinin suvarılması çiləmə üsulu ilə ştanqlı və qollu suvarma sistemi avadanlıqlarından istifadə etməklə aparılır.
Şumun aparılması:
Sahənin tütün şitilinin əkininə hazırlanması üçün torpağın mexaniki tərkibini və müqavimətini nəzərə alaraq müvafiq dartı gücünə malik olan traktorlardan və kotanlardan istifadə olunur. Kotanlar konstruksiyalarına görə asma, qoşma, yarımasma və dönən olur. Həmçinin kotanların gövdələrinin sayına görə ona tələb olunan gücə malik traktorlar seçilir. Şum işləri əsasən “Belarus 89.2”, “Belarus 1221”, “Claas Axion 950” və digər traktorlarla aqreqatlaşdırılmış “P-4” (dördgövdəli) , “P-5” (beşgövdəli), “EURO OPAL” (dördgövdəli) dönən kotan, “EURO DİAMANT” (yeddigövdəli) dönən kotanlarla 20-40 sm dərinliyində aparılır. Şumda əsasən 60-200 kvt gücünə malik olan, dartı sinfi 14-30 KN olan traktorlardan və 3-4-5-7 gövdəli kotanlardan istifadə olunur.
Malanın çəkilməsi:
Bu tədbir zamanı şumdan sonra torpağın əkinqabağı yumşaldılması, hamarlanması və xırdalanması işləri görülməklə torpaq əkinə tam hazır vəziyyətə gətirilir. Yuxarıda göstərilən işləri həyata keçirmək üçün müxtəlif tipli asma və qoşma kultivatorlardan, diskli, rotosion və dişli malalardan istifadə olunur. Torpağın malalanması işləri əsasən “Belarus 89.2” və “Belarus 1221” traktorları ilə aqreqatlaşdırılmış “GAK-RCHC-9”, “GAK-RCHC-7”, “GAK-OTO-RE” markalı ağır başdan-başa becərən kultivatorlardan, “ADM-3,0” və “BDM-3,0” markalı diskli malalardan, “ARM-3,0”, “RT-240M” markalı rotosion malalardan istifadə edilməklə həyata keçirilir.
Kultivatorlar təsnifatına görə ağır və yüngül konstruksiyalı olurlar. Malalar isə təsnifatına görə diskli, dişli və yaylı konstruksiyada olurlar.
Torpağın əkinə hazırlanmasının son mərhələsində yüngül başdan-başa becərən və ya dişli malalardan istifadə olunmalıdır.
Tütün şitilinin əkilməsi:
Tütün şitilinin əkilməsi zamanı “Spapperi TC Twindrive”, “TC Twindrive Avand” markalı iki cərgəli asma şitiləkən maşınlardan istifadə olunur. Şitiləkən maşınlar dartı sinfi 14 KN olan “Belarus” markalı traktorlarla aqreqatlaşdırılır. Şitiləkən maşın şitili cərgəarası 45-50 sm olmaqla əkir.
Əkin zamanı bitkilər arası məsafənin 12 sm olması təmin olunur. Şitiləkən maşın 2,3,4,5,6 cərgəli olur. Maşının işçi sürəti 0,90 km/saat, məhsuldarlığı 0,99 hektardır. Şitiləkən İtaliya istehsalıdır və “Belarus” markalı traktorlarla aqreqatlaşdırılır.
Tütünün sahədən yığılması
Yetişmiş tütün yarpaqlarını işçi heyyəti yığaraq şirkətimizə göndərilir.