Çeşidləmə:Qurutma kamerasından 15-16% nəmlikdə çeşidləmə xəttinə gələn tütünü işçi heyyəti tərəfindən keyfiyyət növlərinə ayrılır.
Çeşidləmə 1-ci növ, 2-ci növ, 3-cü növ, K və G növünə ayrılır.Keyfiyyət baxımından 1 və 2-ci növ sarı ləkəsiz keyfiyyətini itirməyən yarpaqlardır. 3-cü növ keyfiyyətli nisbətən az ləkəli rəngi açıq sarı və ya (L-limon rəngli) və ya narıncı (O-orange) rəngli olur. Yanmış, zədəli, şabalıdı rəngində keyfiyyətini nisbətən itirmiş yarpaqlar K növünə ayrılır. G-(green) isə yaşıl rəngini itirməmiş yarpaq ayəsində yaşıl çaları olan yarpaqlardır. Tütün yarpaqları çeşidləmə xəttindən presə vurulur və 120-150 kq olmaqla preslənib depoya göndərilir. Çeşidləmə zamanı tütünü ağacdan yığımı barədə məlumatda qeyd olunur.X-alt yarpaqlar 1 yığım C-2 ci yığım nikotin faizi nisbətən yüksək olan yarpaqlar B-3 cü yığım yarpaqları ən keyfiyyətli nikotin az, şəkəri və ətri normal yarpaqlardır.T- son yığım, ən yuxarı yarpaqdır.